“Gözəlləşən şəhərimiz”

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana-klubda “Gözəlləşən şəhərimiz” adlı tədbir keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilən tədbir şəhərin 70 illiyinə həsr olunub.

“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi üzvlərinin iştirakı ilə gerçəkləşən tədbirdə kitabxanaçı Bəturə Lazımova Sumqayıt şəhərinin yaranması, dünəni və bu günü haqqında geniş məlumat verib.

Tədbirdə “Sumqayıt uşaqların gözü ilə” mövzusunda müzakirələr aparılıb. Oxucuların ifasında Sumqayıt haqqında şeirlər və əfsanələr dinlənilib.

Daha sonra tədbir iştirakçıları kitabxanada fəaliyyət göstərən “nağıl otağı”, xidmət şöbəsi, kitab sərgiləri, rəsm dərnəyi üzvlərinin əl işləri ilə tanış olublar.

 

Mədəniyyət.- 2019.- 19 iyul. S. 4.