Çölçüfilminin yeni mükafatları

Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi ABŞ-da keçirilən “Royal Wolf Film Awards 2019” müsabiqəsində (iyun ayı üzrə) “Ən yaxşı xarici film” mükafatına və İtaliyadaOniros Film Awards 2019” müsabiqəsində may ayının “Ən yaxşı bədii filmi” mükafatına layiq görülüb.

Ekran əsəri eyni zamandaOniros Film Awards 2019”da “Ən yaxşı rejissor” və “İlin ən yaxşı bədii filmi” nominasiyalarında final mərhələsinə seçilib.

2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film indiyədək 50-dən çox festivalda iştirak edərək 30-dək mükafata layiq görülüb.

 

Mədəniyyət.- 2019.- 19 iyul. S. 8.