Yuğ teatrının şimal rayonlarına qastrolu başa çatıb

 

Yuğ Dövlət Teatrının Şamaxı, Quba, Xaçmaz, İsmayıllı rayonlarına qastrolu başa çatıb. Yaradıcı heyət qastroldaSonuncu” tamaşası ilə çıxış edib.

Yazıçı Pərvinin rus klassiki A.P.Çexovun yaradıcılığından bəhrələnərək qələmə aldığı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Ramiz Həsənoğludur.

Rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edib.

 

 

Mədəniyyət.- 2019.- 24 iyul. S. 4.