İlin ən isti festivalı başlanır

 

 “JARA 2019” rekord sayda ulduzlarla tamaşaçıların görüşünə gəlir

 

İyulun 25-dən 28-dək Bakıda, Xəzər sahilindəkiSea Breezeistirahət mərkəzində “JARA 2019” Beynəlxalq Musiqi Festivalı növbəti dəfə məşhur ifaçıları və estrada musiqisi həvəskarlarını bir araya gətirəcək.

Budəfəki festivalda təşkilatçılar rekord sayda – 200-dən artıq estrada ifaçısının çıxışını vəd ediblər. Eləcə də festivala bir çox tanınmış simalar qonaq qismində qatılacaq. Tamaşaçı və iştirakçı sayı nəzərə alınaraq, ötən illərdən fərqli olaraq, builki musiqi bayramı üçün əsas səhnədən əlavə su üzərində daha iki səhnənin quraşdırılması nəzərdə tutulub.

Tanınmış musiqiçi, Azərbaycanın Xalq artisti Emin, rusiyalı media meneceri, prodüser Sergey Kojevnikov və Rusiyanın Əməkdar artisti, müğənni Qriqori Lepsin müştərək layihəsi olan festivala Bakı artıq dördüncü dəfə ev sahibliyi edəcək. Bu dəfə də festivalda unikal təqdimatlar, müəllif gecələri ilə yanaşı, rəngarəng konsertlər keçiriləcək. Festivalda Rusiya, Azərbaycan və xaricdən dəvət olunmuş müğənnilər çıxış edəcək. Konsertlər, hər il olduğu kimi, orijinal xoreoqrafik şoular, işıq və video şouları, güclü səs və parlaq dekorasiya ilə müşayiət olunacaq.

25 iyul tarixində Filipp Kirkorov, Loboda, Emin, Monatik, Nikolay Baskov, Qriqori Leps, Valeriya, Ani Lorak, A-studio, Vera Brejneva və başqaları səhnəyə çıxacaq.

İyulun 26-da məşhur “Lyubemusiqi qrupunun 30 illik yubiley gecəsi keçiriləcək. Həmin gün səhnədə “İvanuşki İnternational”, “Fabrika”, “Qorod 312”,  Alyona Apina, Nataşa Korolyova, “Otpetnıye moşenniki” və “Na-Naqrupu çıxış edəcək. Tanınmış və sevilən ifaçıların iştirakı ilə Qriqori LepsStas Mixaylovun yaradıcılıq gecəsi isə 27 iyul tarixində gerçəkləşəcək.

Festivalın son günü bütün adı qeyd edilən ulduzlara belaruslu ifaçılar və “Black starqrupu da qoşulacaq.

Festivalda azərbaycanlı estrada ulduzlarından xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, eləcə də Nigar Camal, İlqar Xəyal, Çingiz Mustafayev, Dilarə Kazımova və başqaları çıxış edəcək.

 

 

Lalə AZƏRİ

Mədəniyyət.- 2019.- 24 iyul. S. 8.