“Təbəssüm” rəqs kollektivi Türkiyədə festivala qatılıb

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Təbəssüm” rəqs kollektivi Türkiyənin Rize şəhərində keçirilmiş “İnternational Kaçkar Bicycle and Culture Arts Festival”ında iştirak edib.

Festival çərçivəsində rəqs kollektivi Rize şəhərində, Hopa, Pazar və Ardeşen bölgələrində çıxış edib.

Festivalın sonuncu günü “Təbəssüm” rəqs kollektivi fəal iştirakına görə təltif olunub.

 

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 3.