Fotoqraflarımız beynəlxalq müsabiqədə uğur qazanıblar

 

Gürcüstan Fotoqraflar Assosiasiyasının Beynəlxalq Foto Sənəti Federasiyasının   FİAP-ın himayəsi ilə keçirdiyi “Georgian Drag 2019” beynəlxalq fotomüsabiqəsinə yekun vurulub. Müsabiqədə Azərbaycan fotoqrafları uğurla iştirak ediblər.

 

Azərbaycan Fotoqraflar Birliyinin (AFB) bədii işlər üzrə sədr müavini, münsiflər heyətinin üzvü kimi tədbirdə iştirak edən Rauf Umud bildirib ki, müsabiqəyə 52 ölkədən 355 fotoqraf qatılıb. 4 bölmə üzrə 4733 foto əsərlərindən ilk turdan keçmiş 157 foto mükafat qazanıb.

 

AFB-nin üzvləri Şahin Sərkərov qızıl, Fərqanə Qasımlı gümüş, Aydın Mehdiyev və Nadejda Cavad bürünc medala, birliyin fəxri üzvü, Rusiya Fotoqraflar İttifaqının üzvü Svetlana Kamkova diploma layiq görülüblər.

 

Mükafatlandırma və qaliblərin yekun sərgisi sentyabr ayında keçiriləcək.

 

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 4.