Dnepr şəhərində küçəyə Müslüm Maqomayevin adı verilib

 

Ukraynanın Dnepr şəhərində küçələrdən birinə Azərbaycanın dünya şöhrətli opera estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adı verilib.

Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə sənətkarın adının verilməsi barədə qərar qəbul ediblər. Küçəyə M.Maqomayevin adının verilməsi təklifi iləDnepropetrovşina Azərbaycanlılarının Liqasıtəşkilatı çıxış edib.

Mədəniyyət.- 2019.- 26 iyul. S. 6.