Çölçüfilminin yeni uğurları

 

 

Beynəlxalq kino ekspertlərindən ibarət münsiflər rejissor Şamil Əliyevin “Çölçü” bədii filminiAccolade Global Film Competition 2019”in (ABŞ) xüsusi mükafatına (Award of Merit Special Mention) layiq görüb.

Bundan əlavə, “Çölçüiki beynəlxalq kino festivalının – “Near Nazareth Festival 2019” (İsrail) və “Florence Film Awards 2019” (İtaliya) – finalına, həmçinin “European Screen Awards 2019”ın müsabiqə mərhələsinə keçib.

2012-ci ildə dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən ekran əsəri indiyədək 50-dək festivalda iştirak edərək 20-dən çox mükafata layiq görülüb, həmçinin “Humaymilli mükafatı ilə təltif olunub.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

Mədəniyyət.- 2019.- 5 iyun.- S.8.