“Uşaqların nağıl dünyası”

   

 

Qusar Dövlət Ləzgi Dram Teatrında “Uşaqların nağıl dünyası” adlı şou-proqram nümayiş olunub.

Teatrın uşaqların bayramını yaddaqalan etmək üçün hazırladığı proqramda gənc aktyorlarla yanaşı istedadlı məktəblilər, rayonda fəaliyyət göstərən sənət məktəblərinin yetirmələri də çıxış ediblər. Proqramın ideya müəllifi Faiq Qardaşov, rejissoru Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

 

Mədəniyyət.- 2019.- 5 iyun.- S.5.