“Mən ölməyəcəyəm” səhnədə

 

 

Ağdam Dövlət Dram Teatrı yeni premyera ilə teatrsevərlərin görüşünə gəlib. Sənət ocağı bu dəfə dramaturq, teatrın baş rejissoru, Əməkdar artist Novruz Cəfərovun “Mən ölməyəcəyəm” adlı pyesinə müraciət edib.

İkihissəli “qəmli komediyakimi təqdim olunan tamaşanın quruluşçu rejissoru Səbuhi Əhmədov, quruluşçu rəssamı Elman Balakişiyevdir. Tamaşanın mövzusu müharibənin acı fəsadı olan didərginlik, itirilmiş yurd yanğısıdır.

 

Mədəniyyət.- 2019.- 5 iyun.- S.5.