“Mədəniyyət.AZ” jurnalının növbəti sayında

 

 

 

“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi işıq üzü görüb. Nəşrdə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcılarından olan Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti xatırlanır.

“Nəsimi ili” ilə əlaqədar mütəfəkkir şairin yaradıcılığının tədqiqatçılarından Səadət Şıxıyevanın məqaləsi dərc olunub. Jurnalın ədəbi ovqatı bununla məhdudlaşmır – şəxsiyyəti və yaradıcılığı hər zaman ehtiram doğuran İsmayıl Şıxlı haqqında oğlu Elçin Şıxlı ilə olan söhbət də oxucular üçün maraqlı olacaq.

Jurnalın musiqiyə köklənmiş səhifələrində Aydın Əzimovun düşüncə və ifadə səsini “eşidəcəksiniz”. Teatrsevər oxucular isə II Eksperimental Tamaşalar Festivalının səhnə əsərlərinin təhlili ilə tanış olacaqlar.

“Vətən uzaqda deyil” rubrikasında Azərbaycandan kənarda yaşayan, məmləkətimizin adını ucaldan sənətkarlarımızın və vətənpərvər gənclərimizin fəaliyyətindən bəhs olunur. “Elm” rubrikasında oxuculara çağdaş elmimizin təcrübəli və gənc alimlərinin axtarışları təqdim edilir.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.6.