“Azərbaycan, sənsən mənim ülviyyətim”

 

 

 

Xəbər verdiyimiz kimi, Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi çərçivəsində Daşkənddəki İncəsənət və Mədəniyyət Universitetində “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı böyük konsert təşkil olunub.

Universitetin rektoru, professor İbrahim Yuldaşov 2017-ci ildə AMM ilə imzalanan memorandumun uğurla icra olunduğunu, artıq Azərbaycan sənətçilərinin iştirakı ilə universitetdə iki dostluq konsertinin keçirildiyini, burada Qara Qarayev adına “Azərbaycan mədəniyyəti və incəsənəti mərkəzi”nin yaradıldığını diqqətə çatdırıb.

AMM-in direktoru Samir Abbasov mərkəzin layihəsi çərçivəsində hər il qardaş ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” haqqında məlumat verib, belə tədbirlərin xalqlarımızı bir-birinə yaxınlaşdırdığını qeyd edib. O, Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatına böyük maraqsevgi olduğunu bildirib.

Konsertdə Özbəkistanın “Soqdianaxalq çalğı alətləri ansamblı Azərbaycan musiqisinin incilərini səsləndirib. Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abduraximovanın bədii rəhbəri olduğu ansambl Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra və digər əsərləri məharətlə ifa edib. Azərbaycanın əməkdar artistləri Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov ansamblın müşayiəti ilə mahnılarımızı oxuyublar. Konsertdə özbək mahnıları da səslənib.

Sonda Azərbaycan sənətçilərinə fəxri fərmanlar təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.8.