Nəsimi. Şeir, sənət, mənəviyyat” festivalı çərçivəsində müsabiqə elan olunur

 

 

 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək II Beynəlxalq “Nəsimi. Şeir, sənət, mənəviyyat” Festivalı çərçivəsində Mədəniyyət NazirliyininSöz” layihəsi 16-35 yaş arası gənc şairlər arasında “Ən yaxşı poetik əsər” müsabiqəsi elan edir. Müsabiqə iki nominasiyada keçirilir:

1. Klassik Şərq poeziyası üslubunda Nəsimiyə yazılan bənzətmə və nəzirələr;

2. Nəsiminin mənəvi dünyası və poetik irsi ilə buya digər formada bağlılıq təcəssüm etdirən müxtəlif üslublu şeirlər.

Müraciətlər həm Azərbaycan, həm də ingilisrus dillərində qəbul edilir. Müxtəlif dillərdə göndərilmiş müraciətlərə ayrı-ayrılıqda baxılacaq və mükafatlandırılacaq. İştirak etmək istəyənlər öz əsərlərini sozliterary@gmail.com elektron ünvanına göndərə bilər. Təqdim edilən əsərlə yanaşı müəllifin adı, təvəllüdü, mobil telefon nömrəsi, elektron poçt ünvanı və tərcümeyi-halı göndərilməlidir.

Nəzərinizə çatdıraq ki, əsərlərin son qəbul olunma tarixi 1 avqust 2019-cu ildir.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.2.