Muzeydə bəstəkarla görüş

 

 

Qara Qarayevin ev-muzeyində “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində növbəti tədbirin qonağı Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və Azər Dadaşov adına pianoçuların IV Beynəlxalq müsabiqəsinin qalibləri olub.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Muzeyin şöbə müdiri Xanım Abdinova Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan Azər Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisi haqqında danışıb.

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova bəstəkarın adına keçirilən pianoçular müsabiqəsi haqqında məlumat verib. BMA-nın Fortepiano kafedrasının müəllimi Nuranə Zeynalova Azər Dadaşovun yaradıcılığında fortepiano musiqisindən bəhs edib.

Tədbirin bədii hissəsində Azər Dadaşov adına pianoçuların IV Beynəlxalq müsabiqəsi qaliblərinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.5.