Musiqi məktəbinin hesabat konserti

 

 

 

İyunun 9-da Beynəlxalq Muğam Mərkəzində T.Quliyev adına 12 saylı Musiqi məktəbinin yekun konserti keçirildi.

Konsertdən əvvəl məktəbin direktoru Gülnarə Səfərova çıxış edərək valideynləri və müəllimləri salamladı. Bildirdi ki, şagirdlərin səhnədə hər bir çıxışı onların səhnə mədəniyyətinin püxtələşməsinə və bacarıqlarını daha da geniş nümayiş etdirməsinə şərait yaradır.  Direktor məktəbin il ərzində əldə etdiyi uğurlar haqqında məlumat verdi. Vurğulandı ki, il ərzində məktəbin şagirdləri respublika və beynəlxalq miqyaslı müsabiqə və festivallara qatılıb, o cümlədən Rusiya, Türkiyə, ÇexiyaAlmaniyada keçirilən müsabiqələrdə ölkəmizi layiqincə təmsil ediblər. Bu il ölkəmizdə ilk dəfə keçirilən fortepianoviolin ixtisası üzrə beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər. Bu müsabiqələrin nəticəsinə əsasən məktəbin 10 şagirdi laureat adına layiq görülüb. Respublikamızda keçirilən fortepianoxalq çalğı alətləri üzrə respublika müsabiqəsində iştirak edən şagirdlər II mərhələyə hazırlaşırlar. Bu günlərdə paytaxtımızda keçirilən “Caspian Etude” müsabiqəsində isə 6 şagirddən 4-ü laureat, 1 şagird isə diplomant adı qazanıb.

Diqqətə çatdırıldı ki, tədris ili ərzində məktəb Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin, həmçinin Şamaxıda Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə konsert proqramı ilə çıxış edib.

Sonra şagirdlərin ifasında konsert proqramı təqdim edildi. Azərbaycan Avropa bəstəkarlarının klassik əsərlərindən ibarət proqram böyük maraqla dinlənildi alqışlarla qarşılandı.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.3.