Mövsümün sonu” “Zerkaloda görünəcək

   

 

 

İyunun 14-də Rusiyada A.Tarkovski adına “Zerkalo.Space” XIII Beynəlxalq Kino Festivalı işə başlayır. İvanovo Vilayəti Hökumətinin təsis etdiyi festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festivala qatılan filmlər bir neçə proqramda təqdim ediləcək.

Azərbaycan, AlmaniyaGürcüstan kinematoqrafçılarının birgə istehsalı olanMövsümün sonu” tammetrajlı filmi festivalın müsabiqə proqramına daxil edilib. Film iyunun 17-də İvanovo şəhərinin “Lodz” kinoteatrında nümayiş olunacaq. 2019-cu ilin istehsalı olan film artıq bu il Rotterdam kinofestivalının “Parlaq gələcək” müsabiqəsində mükafat qazanıb. Köln Beynəlxalq Kino Məktəbinin məzunu olanAlmaniyada yaşayan soydaşımız Elmar İmanovun filminin ssenari müəllifləri ElçinAnar İmanovlar, operatorları Berta Valin EskofetDriss Ajari, quruluşçu rəssamı Sitarə İbrahimova, bəstəkarları Camal Əli, Firudin Allahverdi, montajçısı Soso Bliadze, prodüseri Yeva Blondiaudur. Beynəlmiləl yaradıcı və texniki heyətin ərsəyə gətirdiyi 92 dəqiqəlik ekran əsərində Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktrisa Zülfiyyə Qurbanova və gənc aktyor Mirmövsüm Mirzəzadə çəkilib.

Elə filmdə baş verən əhvalatın qəhrəmanları da soydaşlarımızdır. Üçnəfərlik ailə - ata, ana və onların 18 yaşlı oğlu gözlənilməz hadisə ilə qarşılaşır. Ailəlikcə çimərliyə yollanan qəhrəmanlar başa düşürlər ki, nə qədər müstəqil insan olsalar da, ruhən azad olmaq, bir-birinin işinə qarışmamaq cəhdi bəzən yadlaşmaya, biri-birini anlamadan rəhmsiz olmağa aparıb çıxarır.

İndiyədək çəkdiyi filmlərlə qatıldığı hər kino baxışında mükafatlar qazanmış Elmar İmanovun  bu filmininTarkovskinin adını daşıyan festivalda mükafatsız qalmayacağına əminik. Münsiflər heyətinə gəlincə, aktrisa-rejissor Alina Xazanova, rejissor Darya Juk, rejissor-montajçı Co Bini, kinossenarist-rejissor Əmir Bayqazin, yazıçı-ssenarist Maurisio Brauççidən ibarət nüfuzlu kino xadimləri “Zerkaloda göstərilən filmlərə qiymət verəcəklər.

Festival iyunun 21-də yekunlaşacaq.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.5.