Gəncədə “Mədəniyyət həftəsi” çərçivəsində növbəti tədbir

 

 

 

Gəncə şəhərində “Mədəniyyət həftəsi” çərçivəsində iyunun 12-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev mərkəzləri – azərbaycançılıq məfkurəsinin məbədi kimimövzusunda Heydər Əliyev mərkəzləri elmi işçilərinin I Ümumrespublika seminarı keçirilib.

Seminarda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə baş məsləhətçisi Yadigar Bədəlov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, şəhərdəki Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Sənan Talıbov və başqaları çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin böyük şəxsiyyəti, Azərbaycan xalqının taleyində və tarixindəki misilsiz xidmətləri bir daha diqqətə çatdırılaraq ulu öndərin azərbaycançılıq məfkurəsindən bəhs edilib, ədəbiyyatın və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açılıb. Heydər Əliyevin müdrik siyasətinin nəticəsi olaraq respublikamızın qazandığı uğurlar, dövlətçiliyimiz yolunda misilsiz xidmətlər, elm, ədəbiyyat, incəsənətin inkişafı bir daha vurğulanıb. Heydər Əliyev mərkəzlərinin elmi işçilərinin bu kontekstdə fəaliyyətinin rolu qeyd edilib.

Seminar zamanı Xalq artisti Rafael Bayramovun rəhbərliyi altında Gəncə Dövlət Kamera Orkestrinin triosu çıxış edib.

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.4.