Xızıda Cəfər Cabbarlının xatirəsi anılıb

 

 

 

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyində görkəmli ədibin xatirəsi anılıb. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Cəfər Cabbarlının Xızı və Bakıdakı ev-muzeylərinin birgə təşkilatçılığı ilə keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Möhsün Bağırov və Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru Qəmər Bağırova belə tədbirlərin önəmindən danışıblar.

Söz-sənət ustalarının, incəsənət xadimlərinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyası tələbələrinin ədibin yaradıcılığı, zəngin ədəbi irsi, həyat yolu ilə bağlı çıxışları dinlənilib. Şagirdlərin ifasında Cəfər Cabbarlının şeirləri səslənib.

Məşhur kamança ifaçısı, Xalq artisti Şəfiqə Eyvazova və qızı Mehri Əsədullayevanın, Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının sözlərinə yazılmış mahnılar, instrumental musiqimuğamlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.6.