“Mədəni irsimizi yaşadaq...”

 

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Mədəni irsimizi yaşadaq: əsrlərin yadigarı – Dədə Qorqud boyları” mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə uşaq yazıçısı Bayram İsgəndərli, Zaqatala rayon MKS-nin direktoru Gülniyar Məmmədova, valideynlər, oxucular iştirak edib.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd mədəni irsimizi yaşadaraq uşaqları “Kitabi-Dədə Qorqud” dastanının boyları ilə tanış etməkdir.

Sonra müsabiqənin qalibləri elan edilib. Qaradağ rayonu Qobustan qəsəbəsi Y.Əliyev adına 195 saylı məktəbin VIII sinif şagirdi Gülsəfa Məmmədova 1-ci, Zaqatala rayonu Yolayrıc kənd orta məktəbinin VIII sinif şagirdi Narima İsmayılova 2-ci, Biləcəri qəsəbəsi F.Əmirov adına İncəsənət məktəbinin şagirdi Fəridə Əzizli 3-cü yerə layiq görülüb.

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.3.