Milli Qurtuluş Günü münasibətilə konsert

 

 

 

15 İyunMilli Qurtuluş Günü münasibətilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində möhtəşəm konsert proqramı keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən bayram konsertində xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Aygün Kazımova, Nəzakət Teymurova, Samir Cəfərov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Natiq Şirinovun rəhbərlik etdiyiNatiqritm qrupu, əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, Fərqanə Qasımova, Sevda Ələkbərzadə və başqa müğənnilər çıxış ediblər.

Konsert proqramının sonunda “Fire Land Production”ın yeni ərsəyə gətirdiyiAzərbaycanlayihəsi təqdim edilib. Nərgiz Cəlilovanın təqdim etdiyi mahnının sözləri Cəlal Qurbanova, musiqisi bəstəkar Rauf Məmmədova məxsusdur.

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.8.