Bədii qiraət müsabiqəsi

 

 

 

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatında Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şeirləri ilə xüsusi yer tutan, mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib.

Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib.

Onların bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Fəxri fərman və hədiyyələrlə mükafatlandırılan qaliblər respublika müsabiqəsində iştirak edəcəklər.

 

Mədəniyyət.- 2019.- 19 iyun.- S.3.