Dəcəllər”inNaz-naz”ı

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət MərkəzindəDəcəllərrəqs qrupunun təqdimatındaNaz-nazadlı rəqs gecəsi keçirilib.

Abdulla ŞaiqinTıq-tıq xanımnağılının motivləri əsasında xoreoqraf Fərhad Dadaşov tərəfindən hazırlanan rəqs-tamaşa Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilib.

Tədbirdə rəqs kollektivi üzvlərinin ifasında Azərbaycan və xarici ölkələrin rəqsləri təqdim olunub. Sonda rəqs qrupunun bütün üzvlərinə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 21 iyun.- S.5.