Uşaq incəsənət məktəbinin hesabat konserti

 

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq incəsənət məktəbinin 2018-2019-cu tədris ilinin hesabat konserti keçirilib.

Məktəbin bu yaxınlarda əsaslı təmirdən sonra istifadəyə verilən binasında keçirilən tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəblərinin direktorları, regional idarənin əməkdaşı Rəhim Bağırlı və digər qonaqlar iştirak edib.

Konsertdə Uşaq incəsənət məktəbinin tar, qarmon, nağara, kamança, fortepiano, xanəndəlik, xor ixtisasları üzrə təhsil alan şagirdlərin ifaları izləyicilər tərəfindən maraqla qarşılanıb. Sonda konsertdə fərqləndiklərinə görə məktəbin şagirdlərinə tərifnamə təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.4.