Birincilərin “Not bayramı”

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbində birinci sinif şagirdləri üçün not bayramı keçirilib.

Məktəbin kiçik xoru və ayrı-ayrı instrumental ifaçılar O.Zülfüqarov, T.Quliyev, F.Əmirov, Ə.Abbasov və digər görkəmli bəstəkarların əsərlərini ifa ediblər. Məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəciklər bayrama daha da rəng qatıb.

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.4.