Təsviri sənət pleneri

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Rəsm Qalereyası tərəfindən “Təsviri yaradıcılıq görüşləri” adlı plener keçirilib.

“Sumqayıt 70” layihəsi çərçivəsində təşkil olunan plenerə Uşaq-gənclər yaradıcılıq mərkəzinin rəsm dərnəyinin, 15 və 35 saylı orta məktəblərin rəsm sinfinin müəllim və şagirdləri qatılıb. Rəssam və şagirdlər sərbəst mövzutexnikalarda rəsmlər işləyiblər. Sonra təsviri sənət mövzusunda müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.4.