Muzey əşyalarının mühafizə portalı üzrə yeni proqram təminatına dair treninq

 

 

Qəbələ şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ilkin mərhələsi keçirilib.

Məlumat verilib ki, “Adzone” İT şirkəti tərəfindən “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilib.

Mədəniyyət NazirliyininMuzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təmsil olunması üçün proqram təminatı ən müasir beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verir. Bununla əlaqədar şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsinə dair üç mərhələdən ibarət regional təqdimat-treninqlər təşkil olunur.

Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, şöbənin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin iştirakı ilə keçirilən təqdimat-treninqə Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyibli, muzeyin baş fond mühafizi Aida Axundova, “Adzone” şirkətinin əməkdaşları, habelə İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafizportalla işləyən operatorları qatılıb.

Tədbirdə yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat edilib, portalla bilavasitə məşğul olan operatorlara şəhər (rayon) Heydər Əliyev mərkəzləri, muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeylərinin fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilib. Bildirilib ki, təqdimat-treninqlərin respublikanın digər bölgələrində də təşkili planlaşdırılıb.

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.4.