“Şəki” sənədli filmi mükafat qazanıb

 

 

 

“Salnaməfilm” studiyasında dövlət sifarişi ilə 2018-ci ildə istehsal olunmuş “Şəki” sənədli filmi İstanbul şəhərində keçirilən IV Beynəlxalq Turizm Filmləri Festivalında uğur qazanıb.

Ekran əsəri “Ölkə filmləri” kateqoriyasında “Ən yaxşı film” mükafatına layiq görülüb.

Filmin rejissoru Vüqar İslamzadə, operator Rauf Qurbanəliyev, icraçı prodüseri Azad Axundov, baş prodüser Nazim Hüseynovdur.

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.8.