Çağdaş aşıq şeirləri antologiyası

 

 

 

Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən hazırlanan “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” işıq üzü görüb. Antologiyanı nəşrə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Mədəniyyət və İncəsənət Universitetinin dosenti Altay Məmmədli hazırlayıblar. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, toplu hazırda yaşayıb-yaradan 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) yer aldığı kitab aşıq şeiri ənənəsinin bu gündavam etdiyini təsdiq edir.

Kitaba AAB-nin sədri, professor Məhərrəm Qasımlı ön söz yazıb.

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.6.