Abdulla Şaiqteatr

 

 

Abdulla Şaiqin mənzil-muzeyində “Abdulla Şaiqteatr” adlı tədbir keçirilib. Tədbir muzeyin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.

Muzeyin böyük elmi işçisi Günel Əsədova “Abdulla Şaiqteatr” adlı məruzə ilə çıxış edib. O, ədibin pyeslərinin görkəmli rejissorlar Məhərrəm Haşımov, Zəfər Nemətov tərəfindən səhnəyə qoyulduğunu söyləyib.

Xalq artisti Ağaxan Salmanlı Abdulla Şaiq əsərlərinin səhnə təcəssümündən danışıb. Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova Azərbaycan teatr tarixində A.Şaiqin müstəsna xidmətlərindən söz açıb.

Gənc Tamaşaçılar Teatrı aktyorlarının ifasında ədibin “Danışan kukla”, “Qaraca qız” pyeslərindən, “Tıq-tıq xanım” mənzum nağılından səhnəciklər nümayiş etdirilib.

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.2.