Uşaq incəsənət məktəbinin hesabat konserti

  

 

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin 2018/2019-cu tədris ilinin yekun hesabat konserti keçirilib.

Tədbirdə regional idarənin tabeliyində olan musiqi məktəblərinin direktorları, idarənin əməkdaşı Rəhim Bağırlı və digər qonaqlar iştirak edib.

Uşaq incəsənət məktəbinin tar, qarmon, nağara, kamança, fortepiano, xoreoqrafiya, xanəndəlik, xor ixtisasları üzrə təhsil alan şagirdlərinin təqdim etdiyi konsert proqramı maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.4.