Regional idarənin müəssisələrində tədbirlər

 

 

 

Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana-klubda görkəmli yazıçı, böyük dramaturq Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar “Cəfər Cabbarlı və maarifçilikmövzusunda dəyirmi masa keçirilib. Tədbirin sonunda oxucular ədibin əsərləri və haqqında yazılan kitablardan ibarət sərgi ilə tanış olublar.

Kitabxana-klubda daha bir tədbir böyük ədib, publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunub. “Cəlil Məmmədquluzadənin yaradıcılığına bir baxış” mövzusunda məruzə dinlənilib. “Poçt qutusu” əsəri haqqında diskussiya aparılıb.

Sumqayıt şəhər Fikrət Əmirov adına Musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyi münasibətilə tədbir keçirilib. Bəstəkarın yaradıcılığından söz açılıb, “Daimi hərəkət” (tarda), “Rəqs tokkata” (qarmonda) və digər əsərləri səslənib.

 

Mədəniyyət.- 2019.- 1 mart.- S.3.