Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr və mətbuatla işin təkmilləşdirilməsi

 

 

Regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün təlimlər keçirilir

 

Fevralın 28-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün təlim-kurs başlanıb. İkigünlük tədbir regional idarələrdə ictimaiyyətlə əlaqələr sahəsində peşəkarlığın artırılması və mətbuatla işin təkmilləşdirilməsi məqsədi daşıyır.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla sektorunun müdiri Türkan Cəfərova çıxış edərək tədbir barədə məlumat verdi. Bildirdi ki, təlim-kurs nazirlikregional mədəniyyət idarələri arasında mətbuatla sahəsində məlumat mübadiləsinin sürətləndirilməsi, operativliyin və səmərəliliyin artırılması, regional idarələrin ictimaiyyətlə əlaqələrinin, mətbuatla işinin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədilə təşkil olunub. Sektor müdiri yerlərdə keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində (KİV) operativ şəkildə işıqlandırılmasının vacibliyini diqqətə çatdırdı.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək ölkəmizdə mədəniyyət sahəsinin idarə olunması istiqamətində Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tədbirlərdən danışdı. Bildirdi ki, nazirlik tərəfindən regionlarda çalışan əməkdaşların müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması üçün treninqlər, kurslar, seminarlar təşkil edilir.

A.Usubəliyev regional idarələrin saytlarının və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasının əhəmiyyətini vurğuladı: “Keçirilən tədbirlərin, təşkil olunan konsertlərin KİV, eləcə də sosial şəbəkələr vasitəsilə daha çox insana çatdırılması olduqca vacibdir. Bunun üçün mədəniyyət sahəsində çalışan əməkdaşlar, xüsusilə bu sahəyə məsul olan şəxslər daha ciddi səylə çalışmalıdırlar”.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev regional mədəniyyət idarələrinin ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, idarələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, təşkil olunan tədbirlər barədə press-relizlər və məlumat bülletenlərinin daha peşəkar səviyyədə hazırlanmasını təmin etmək məqsədilə belə təlim-kursların əhəmiyyətini vurğuladı. O, hazırlanan xəbərin təşkil olunan tədbirin mövzusunu əhatə etməsi, yazı üslubu, faktlara diqqətlə yanaşılması, məlumatın konkretliyi, fotoların seçilməsi və digər məsələlərə toxundu.

Sonra ayrı-ayrı mövzular üzrə çıxışlar dinlənildi.

İlk olaraq Azərbaycan TurizmMenecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə “Mədəniyyətin təbliğində müasir texnologiyalarmövzusunda çıxış etdi.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşlarından  Ceyhun Əhmədov “Məlumatların yayılması effektivliyinin təmin olunması məqsədilə sosial şəbəkələrin monitorinqinin aparılması”, Pərvanə Hüseynova “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələrin idarə edilməsi” və Nurəddin Babazadə “Sosial şəbəkələrdə məlumatların paylaşılma siyasəti” mövzularında çıxış edərək bu sahədə işin daha effektiv aparılması üçün diqqət edilməli olan məqamları vurğuladılar.

Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, regional mədəniyyət idarələrin KİV-lə münasibətlərinin, ictimaiyyətlə əlaqələrinin, onların saytları və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasını da əhatə edən kurs martın 1-də davam edəcək. Tədbirin ikinci günündə “Mədəniyyətdə PR-ın əsasları”, “Təbliğatın üsul və metodları”, “Fors-major situasiyalarda informasiya şərhləri”, “Məlumat və hadisələrin interpretasiyası: kiber müharibələrdə mədəniyyət amili” mövzularında çıxışlar dinləniləcək.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 1 mart.- S.3.