Nəsiminin söz dünyasından bəhs edilib

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Əliyev adına Mədəniyyət evi Hövsan Mədəniyyət sarayı ilə birlikdə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirib.

Tədbiri filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov açaraq mütəfəkkir şairin həyat yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.

Sonra xanəndə Məmməd Nəcəfov tarzən Möhüb Babayev, kaman ifaçısı İsmayıl Həmidovun müşayiəti ilə Nəsiminin qəzəllərindən ibarət muğam parçaları ifa edib.

İştirakçılar Nəsiminin kitablarından ibarət sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.6.