Ebru sənəti ilə bağlı ustad dərsi

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda şüşə qablar üzərində rəsm çəkmək və ebru sənətinin öyrənilməsi məqsədilə ustad dərsi təşkil edilib.

Klubun istedadlı rəssamları Nigar Fərəməzli və Türkan Əliyeva tərəfindən keçirilən dərsdə şagirdlərə mövzu ilə əlaqədar geniş məlumat verilib, ebru sənətinin sirləri izah edilib. Sonra şagirdlər öz istedadlarını nümayiş etdirmək üçün su və şüşə qablar üzərində rəsm çəkiblər.

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.4.