Hindistan universitetində Nəsiminin yubileyi

 

 

 

Hindistanın Aqra şəhərindəki Kendriya Hindi Sansthan Universitetində Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsimiyə həsr olunmuş konsert proqramı təqdim olunub. Konsert ölkəmizin Hindistandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Səfirlikdən bildirilib ki, əvvəlcə tədbir iştirakçılarına Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verilib. Sonra universitetdə təhsil alan Azərbaycan və digər türkdilli ölkələrdən olan tələbələr tərəfindən müxtəlif mahnı və rəqslərin yer aldığı konsert proqramı təqdim edilib.

Universitetin rektoru Nand Kişor Pandey, ali təhsil ocağının müəllim və tələbə heyətinin izlədiyi konsert maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.8.