Ankaraİstanbulda “Nəsimi ilinin açılış tədbirləri keçiriləcək

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ilielan edilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamlarına əsasən Ankaraİstanbul şəhərlərində “Nəsimi ilinin rəsmi açılış tədbirləri keçiriləcək.

Tədbirlərə Türkiyənin mədəniyyət və turizm naziri, Azərbaycanın mədəniyyət naziri, iki ölkənin digər rəsmiləri, elm, ədəbiyyat, mədəniyyət xadimləri qatılacaq.

Tədbirlər 6 martda Ankara şəhərində TÜRKSOY-un iqamətgahında və Prezident Simfonik Orkestrinin konsert salonunda, 7 martda isə İstanbulda Bəyazid, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda gerçəkləşəcək.

Qeyd edək ki, 2019-cu il həmçinin TÜRKSOY tərəfindən “İmadəddin Nəsimi ilielan olunub.

Martın 6-da TÜRKSOY-da keçiriləcək tədbirlə təşkilatın “Nəsimi ili”nə də start verilib. Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası Nəsiminin əsərlərindən ibarət kitab sərgisini də nümayiş etdirəcək. Bədii hissədə muğam ifaçılarının çıxışı olacaq.

Prezident Simfonik Orkestrinin salonunda “Nəsimi ili”nə həsr edilən böyük konsert proqramında Ankara Xorunun və Türkiyə aşıqlarının ifasında Nəsiminin əsərlərindən parçalar səsləndiriləcək, Azərbaycan muğam üçlüyünün ifası dinləniləcək.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.2.