Musiqişünas alimin 70 illiyi qeyd olunub

 

Martın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri doktoru, “Musiqi dünyasıjurnalının baş redaktoru Tariyel Məmmədovun 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı musiqişünasın həyat yaradıcılığından söz açıblar.

Vurğulanıb ki, hər iki yaradıcı qurumun idarə heyətinin üzvü olan Tariyel Məmmədov dəyərli ziyalı, təvazökar alimdir. O, xalq musiqisinin öyrənilməsi tədqiq olmasında da çox böyük işlər görüb.

Tədbirdə professorlar Rəna Məmmədova, Kamilə Dadaşova, Könül Nəsirova Cəmilə Həsənova Tariyel Məmmədovun elmi yaradıcılığı, o cümlədən aşıq sənətinin tədqiqi, aliminMusiqi dünyasıjurnalının yaradıcısı baş redaktoru kimi fəaliyyəti, musiqişünaslıqda müasir texnologiyaların tətbiqində roluna dair məruzələri dinlənilib.

Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Tədbirdə konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.4.