“Nəsimi ili” ilə bağlı şeir müsabiqəsi

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mirzə Şəfi Vazeh adına rayon Mərkəzi kitabxanasında İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə bağlı İ.İbrahimov adına 167 nömrəli tam orta məktəbin şagirdləri arasında dahi mütəfəkkirin poeziyasına həsr olunmuş şeir müsabiqəsi keçirilir.

Müsabiqənin məqsədi yeniyetmələrə Nəsimi poeziyasını sevdirmək və tanıtmaqdır. Qaliblər aprel ayında müəyyən ediləcək, fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.4.