İsmayıllıda “Hapıtlar” sənədli filmi nümayiş olunub

 

 

 

İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Hapıtlar” sənədli filminin təqdimatı keçirilib. Ölkəmizdə yaşayan azsaylı xalqlardan olan hapıtların tarixi və irsindən bəhs edən ekran əsəri dövlət sifarişi ilə Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında istehsal olunub.

Mədəniyyət mərkəzinin foyesində hapıtların rəsm və əl işləri sərgilənib, rəqs və mahnıları ifa olunub.

Filmin təqdimatında İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov çıxış edərək Azərbaycanın müxtəlif bölgələrində, eləcə də İsmayıllının Mollaisaqlı kəndində yaşayan azsaylı xalqlardan söhbət açıb və filmin önəmini vurğulayıb. Ssenari müəllifi Qorxmaz Şıxəliyev və rejissor Vəli Səyyadi çıxış edərək film haqqında izləyiciləri məlumatlandırıblar. Sonra sənədli film nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.3.