“Qadın ürəyi” sərgisi

 

 

 

Martın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının ofisində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın ürəyi” adlı sərgi keçirilib.

Tədbiri Azərbaycan Rəssamlar İttifaqının üzvü, sərginin kuratoru Elnurə İsgəndərova açaraq xanımları qarşıdan gələn bayram münasibətilə təbrik edib.

YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxışında qadının dünyada rolundan, ölkəmizdə qadınlara verilən dəyərdən danışıb, Azərbaycan xanımlarının işgüzarlığından, qabaqcıllığından bəhs edib.

Rəssam Qafar Sarıvəlli və digər çıxış edənlər qadınların dünyada, ailədə, cəmiyyətdəki mövqeyindən söhbət açıblar.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 50 rəssamın əsəri nümayiş etdirilib. Sonda rəssamlar fəxri fərman və diplomlarla təltif olunublar.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.5.