“Gənclərə dəstək” layihəsindən xanımlara musiqi töhfəsi

 

 

Martın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təqdim olundu.

Konsert proqramında respublika və beynəlxalq müsabiqələr laureatları çıxış etdilər. Musiqi gecəsində Fikrət Əmirovun “Sevilin rəqsi”, Cövdət Hacıyevin “Ballada”, Əzizə Mustafazadənin “Şəhrizad”, Frederik ŞopeninYaz”, Leopold Motsartın “Büre”, Fransis PulenkinRomans” və digər əsərlər ifa olundu.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.3.