Gənclər Kitabxanasının kollektivi Cəlil Məmmədquluzadənin xatirəsini anıb

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər planı hazırlanıb.

Kitabxananın əməkdaşları martın 11-də ədibin Fəxri xiyabandakı məzarını ziyarət edib. Sonra kitabxanada təşkil olunan “Cəlil Məmmədquluzadə - 150” adlı kitab sərgisinə  baxış keçirilib.

Martın 12-də “Cəlil Məmmədquluzadə irsi” adı altında söhbət-mühazirə təşkil olunub. Kitabxananın şöbə müdiri Qənirə Mustafayevanın “Azərbaycan ədəbiyyatında satiranı dünya səviyyəsinə qaldıran yazıçı” adlı mühazirəsi dinlənilib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin laboratoriya müdiri Səfurə Hacıyeva, fakültənin tələbələri Cəlil Mustafa və Jalə Aslanlı mövzu ətrafında çıxış ediblər.

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.6.