Qobustan qoruğunda Novruz şənliyi

 

 

 

Martın 18-də Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən Emin Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin şagirdlərinə Qobustan Milli Tarix-Bədii Qoruğunda bayram şənliyi təşkil olunub.

Qonaqları qarşılayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bayram münasibətilə onları təbrik edərək məktəblilərə xoş arzularını çatdırıb. Müəllim heyəti ilə birgə qoruğa dəvət olunan məktəbli qonaqlara qoruq ərazisinə ekskursiya təşkil edilib.

Şagirdlərə Qobustanın tarixi və mədəniyyəti, qayaüstü təsvirləri  muzeyi haqqında ətraflı məlumat verilib.

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.3.