Yurdda Novruz havası

 

 

 

Mədəni və mənəvi irsimizin qədimliyini və zənginliyini özündə yaşadan Novruz bayramı münasibətilə yurdun dörd bir yanında şənliklər keçirilir. Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin müəssisə və təşkilatlarında bayramla bağlı çeşidli tədbirlər təşkil edilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) İnnovasiyalar Mərkəzinin bölgələrdə təşkil etdiyiBahar festivalı”nın növbəti mərhələsi martın 16-dan 19-dək Masallı “ASAN Həyat” kompleksində gerçəkləşib. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova iştirak edib.

Rayonun bir sıra kəndləri xalq sənətkarlığı nümunələri, bölgəyə xas olan yemək və şirniyyat çeşidlərindən ibarət sərgilərlə tədbirə qatılıb. Tarix-diyarşünaslıq muzeyi və digər mədəniyyət müəssisələri də öz sərgi-stendlərini təqdim ediblər. Novruzu qeyd edən İran, Türkmənistan və Özbəkistan nümayəndələri də festivalda iştirak edib.

Mədəniyyət mərkəzinin instrumental ifaçıları, solistləri, “Halayfolklor rəqs ansamblı və “Masallı” rəqs qrupu maraqlı proqramla çıxış edib.

* * *

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Sumqayıt şəhər Bülbül adına Uşaq incəsənət məktəbində “Novruz gəldi, yaz gəldi” adlı musiqili kompozisiya nümayiş olunub. C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivi 4 saylı körpələr evi-uşaq bağçasında “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyi təşkil edib. Şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində “Narbalakukla teatrı  “Cırtdan” tamaşası ilə uşaqların görüşünə gəlib. Nizami Gəncəvi adına kitabxana-klubda, Mərkəzi uşaq kitabxanasında, Abşeron rayon Xırdalan şəhər Musiqi məktəbində də bayram tədbirləri keçirilib.

* * *

Şirvan Dövlət Rəsm Qalereyasında “Novruz 2019” adlı rəsm sərgisi açılıb. Sərgidə qalereyanın dərnək üzvlərinin baharı tərənnüm edən rəsmləri, qalereyanın fondlarında olan əsərlər nümayiş olunub. Milli geyimlər, kəlağayılar gələn qonaqlarda xoş ab-hava yaradıb. Uşaqların hazırladıqları “Novruzda təbiət” adlı əl işləri xüsusi maraq doğurub.

* * *

Quba Uşaq musiqi məktəbində “Xonçalı Novruz gəlir” adlı bayram şənliyi təşkil olunub. Milli geyimdə səhnəyə çıxan aparıcılar bayram münasibətilə təbriklərini çatdırıblar. Şagirdlər bahara həsr olunan şeirlər söylədikdən sonra səhnə ifaçılara verilib. Məktəblilər bayram əhval-ruhiyyəli musiqilər və xalq mahnıları ifa ediblər. Daha sonra Novruz adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub.

* * *

Füzuli Dövlət Dram Teatrı Novruz bayramı ilə əlaqədar “Könlüm bahar istəyir” adlı silsilə tədbirlərin davamı olaraq bu dəfə Ağcabədi rayonunda N saylı hərbi hissədə bayram mərasiminə qatılıb. Konsert proqramında Kosa və Keçəlin bayram sərgüzəştləri, teatrın aktyorlarının ifasında bayram və hərbi-vətənpərvərlik ruhlu mahnılar və rəqslər şəxsi heyətdə, əsgər ailələrində  xoş əhval-ruhiyyə yaradıb.

* * *

Sabirabad şəhər parkında rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbir iştirakçıları rayonun mədəniyyət və təhsil müəssisələrinin yaradıcı gənclərinin əl işlərindən, Tarix-diyarşünaslıq muzeyinin eksponatlarından ibarət sərgilərlə tanış olublar. Əsədli kənd klubunun “Ailə” ansamblı, Əliləmbəyli kənd Mədəniyyət evininSevinc” ansamblı, Uşaq musiqi məktəbinin xalq çalğı alətləri ansamblı, Əhmədabad kənd Folklor evinin Axısxa türk halay rəqs qrupu, Həşimxanlı kənd Mədəniyyət evinin “Cəngavər pəhləvanlar” qrupunun çıxışları hər kəsə xoş əhval-ruhiyyə bəxş edib.

* * *

Şirvan şəhər Uşaq musiqi məktəbinin kollektivi Hacıqabul rayon Uşaq musiqi məktəbinin qonağı olaraq birlikdə “Dostluq və əməkdaşlıq görüşləri” adlı konsert təşkil edib. Hacıqabul rayon Uşaq musiqi məktəbinin direktoru Rahib Məmmədov qonaqları Novruz bayramı münasibətilə təbrik edib. İki məktəbin bu cür görüşlərinin ənənə halı aldığı vurğulanıb. Sonra şagirdlərin iştirakı ilə konsert proqramı təqdim olunub.

* * *

Siyəzən rayonunda Novruz bayramı münasibətilə “Novruz gəlir, yaz gəlir” adlı kütləvi bayram şənliyi keçirilib. Şənlikdə rayon Mədəniyyət Mərkəzinin “Arzuinstrumental ansamblının solistləri, meyxana folklor qrupu, aşıqlar qrupu, “Pöhrə” rəqs kollektivinin üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

* * *

Paytaxtın Pirallahı Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində bayram şənliyi keçirilib. Mərkəzin həyətində “Şirvanfolklor qrupunun ifasında “Yallı” rəqsi nümayiş olunub. Sonra mərkəzin foyesində 168, 186, 231, 235, 243 saylı məktəblərin və “Bulaq”, “Cırtdan” bağçalarının hazırladıqları sərgilərə baxış keçirilib. Tədbir akt zalında konsert proqramı ilə davam edib.

* * *

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “El bayramı Novruz” adlı tədbir keçirilib. Kitabxananın direktoru Oruc Quliyev, direktor müavini Xalidə Musayeva Novruz bayramının Azərbaycanla yanaşı bir sıra ölkələrdə qeyd edilməsi, UNESCO-nun siyahısına salınması, BMT tərəfindən beynəlxalq gün elan olunması barədə danışıblar, kollektivə bayram tədbirlərini çatdırıblar.

* * *

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbində bayrama həsr olunmuş konsert keçirilib. Tədbirin sonunda məktəbin direktoru, Əməkdar müəllim Fikrət Budaqov çıxış edərək şagird və müəllim kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.

* * *

Paytaxtdakı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçirilən tədbirdə səslənən musiqilər, balaca rəssamların əl işlərindən ibarət sərgi hər kəsə xoş əhval bəxş edib. Sevinc Kərimova, Mətanət Nurullayeva, Qəmər Mahmudova, Nəzakət Qədirova, Samirə Musayeva, Nuray Bayramova (fortepiano), Nəbi Quliyev, Nurlan Cəfərli (tar), Rauf Hüseynli (violin), Humay Süleymanlı (vokal) və başqalarının çıxışı rəğbətlə qarşılanıb. Sonda məktəbin direktoru Əziz Qarayusifli hamını bayram münasibətilə təbrik edib.

* * *

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Xoş gəldin, bahar!” adlı konsert proqramı təqdim edilib. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, bir-birindən parlaq ifalar qonaqların zövqünü oxşayıb. Gənc ifaçılar tərəfindən təqdim edilən konsert proqramı maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.2.