Xızıda Cəfər Cabbarlının abidəsi önündə tədbir keçirilib

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Xızı rayon mədəniyyət müəssisələrinin kollektivlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının abidəsi önündə  tədbir keçirilib.

Ədibin 120 illiyi münasibətilə təşkil olunan tədbirdə regional idarənin əməkdaşı Möhsün Bağırov, Mikayıl Müşfiq muzeyinin direktoru Orxan Əzimov, rayon Təhsil şöbəsinin əməkdaşı Vahib Ələkbərov və digərləri çıxış edərək ədibin həyat və yaradıcılığından, yubileylə bağlı keçiriləcək tədbirlərdən söhbət açıblar.

Sonra tədbir Xızıdakı Cəfər Cabbarlının ev-muzeyində davam edib. Şagirdlərin ifasında ədibin şeirləri dinlənilib.

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.3.