Nitq mədəniyyətinin inkişafında mütaliənin rolu

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gənclərdə təfəkkür və nitq mədəniyyətinin inkişafında mütaliənin rolumövzusunda dəyirmi masa keçirilib.

Kitabxananın direktor müavini Xalidə Musayeva çıxış edərək mütaliənin insan həyatında rolu haqqında danışıb.

Bakı İslam Universitetinin kafedra müdiri, “Milli-Mənəvi Dəyərlərimizə Dəstək” İctimai Birliyinin sədri Elvin Talışinski müasir gəncliyin Azərbaycan elminin inkişafına töhfəsi, gənclərə verilən dəyər və dəstək barədə fikirlərini bölüşüb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Rasim Nəbioğlu nitq mədəniyyəti və insan təfəkkürünün nitqdə öz təzahürünü tapmasından bəhs edib.

 

Mədəniyyət.- 2019.- 29 mart.- S.2.