Zamanla üz-üzə” qalmaq istəyənlər üçün sərgi

 

 

 

Martın 12-də Muzey Mərkəzinin qalereyasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Qobustan Milli Tarix-Bədii Qoruğu və Rəssamlar İttifaqının təşkilatçılığı ilə ərsəyə gələn “Zamanla üz-üzə” adlı sərginin açılış mərasimi keçirildi.

Giriş sözü söyləyən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bildirdi ki, “Reinkarnasiya 5” layihəsi çərçivəsində reallaşanZamanla üz-üzə” sərgisində Rəssamlar İttifaqı üzvlərinin Qobustan mövzusunda 60-a yaxın orijinal əl işi nümayiş etdirilir. Onun sözlərinə görə, maraqlı ideyanın reallaşması üçün Rəssamlar İttifaqı tərəfindən qoruq rəhbərliyinə müraciət edilibbuna müsbət cavab verilərək müvafiq təşkilati dəstək göstərilib.

Vurğulandı ki, 18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya maraq yaradılmasına nail olmaqdır. Sərgidə rəsm əsərləri, heykəltəraşlıq və keramika, video-instalyasiya formatında olan sənət əsərləri yer alıb.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev öncə qarşıdan gələn Novruz bayramı münasibətilə iştirakçıları təbrik etdi, sərginin maraqlı və tarixi keçmişimizlə səsləşməsinin önəmini xüsusi vurğuladı: “Bu gün biz Qobustan qayaüstü təsvirlərini qeydə almaqla, təsnifləşdirməklə, riyazi hesablamalar aparmaqla, digər mənbələrlə müqayisə etməklə onları yaradan insanları anlamağa çalışırıq. Təqdim olunan əsərlərin müəllifləri də sanki Qobustan qayalarında əbədi iz qoymuş qədim rəssamlarla dialoqa girərək keçmişlə bu günü üzləşdirməyə çalışıblar”.

Reinkarnasiya” layihəsi çərçivəsində paytaxtın bir sıra muzeylərində sərgilərin təşkil edildiyini söyləyən nazir layihənin budəfəki mövzusunun Qobustana həsr edilməsinin təqdirəlayiq olduğunu dedi. Bildirdi ki, Rəssamlar İttifaqı üzvlərinin bir araya gələrək ölkə muzeyləri və qoruqlarında qorunan tarixi yaddaş və ənənəvi irsimizi müasir insanamodern sənətə təqdim etməsi önəmli addımdır: Bu il Azərbaycan tarixi memarlıq sənəti üçün, bütün bu sahədə çalışan insanlar üçün çox önəmli bir ildir. Ölkəmizin tarixində ilk dəfə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. Bu beynəlxalq tədbirdə dünyanın 200-dək ölkəsindən 3 mindən artıq  nümayəndənin iştirakı gözlənilir. Tədbirə qatılacaq hər bir nümayəndə heyəti öz ölkəsinin tarixi-mədəni yerlərini təşkilatın Dünya İrs Siyahısına salınması üçün müzakirələr aparacaq. Bizim bu siyahıya daxil olan abidlərimiz var. Onların bəşəriyyət tərəfindən qorunması xalqımızın yaratdığı mirasa böyük ehtiramın göstəricisidir. Düşünürəm ki, sərginin məhz Novruz bayramı ərəfəsində təşkili təsadüfi deyil. Bu gün Yel çərşənbəsini qeyd edirik. Bu sərgi vasitəsilə də sanki Qobustan qayalarına sığınmış minilliklərin ruhunun əsintisi bizə çatmış olur”.

Sərginin təşkilində zəhməti olan hər kəsə minnətdarlıq edən nazir, mədəniyyət və incəsənət sahəsinə göstərilən dəstəyə görə mədəniyyət ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Vurğuladı ki, mədəniyyət siyasəti, bu sahədə çalışan insanlara diqqət və qayğı durmadan artır. Xüsusən son günlər dövlət başçısının imzaladığı sərəncamlar tarixi önəm daşıyır. Qədim tarixə əsaslanan Azərbaycan mədəniyyəti özünün yeni inkişaf mərhələsini yaşamaqdadır.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov da sərginin əhəmiyyətindən danışaraq belə layihələrin davamlı olmasının vacibliyini qeyd etdi.

Əməkdar incəsənət xadimləri Rafiq Kərimov, Ziyadxan Əliyev və sərgidə əsərləri nümayiş olunan rəssamlar çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşdülər. Müəlliflər bu mövzuda bundan sonra da silsilə nümunələr yaradacaqlarını dedilər. Bildirdilər ki, ruhun qayıdışı, yenidən doğuluşu olan reinkarnasiyanın incəsənətdə təzahürü maraqlı mövzu kimi daim diqqət mərkəzində saxlanılacaq.

Sonra qonaqlar rəssamlar Eldar Babazadə, Elşən Qaraca, Fatimə Ağayeva, Səidə Musayeva və başqalarının fərqli üslubtexnikalarda ərsəyə gətirdikləri işlərinə tamaşa etdilər. Sərgi martın 14-dək davam edəcək.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 13 mart.- S.1;4.