Fərman Kərimzadə –

 

Öz istedadı ilə tariximizi nəsrləşdirmiş, kinolaşdırmış, rəsmləşdirmiş, xarakterik keyfiyyətlərilə ədəbi-ictimai mədəniyyətimizə parlaq rənglər qatmış sənətkar

 

İndiki Ermənistanın Böyük Vedi kəndində doğulmuş, 1940-larsonu deportasiyası səbəbilə “palaza bürün, elnən sürün”lüyə məhkum edilmiş bu insan  ömrünün sonrakı illərini yalnız milli mənəviyyat diktəsilə yaşadı...

Çoxminli oxucularının daima yad etdiyi bu gözəl əsərlər, qeyri-adi obrazlar müəllifini bu yazı ilə onun doğum (3 mart 1937) və ölüm (17 mart 1989) ortalığında xatırlayırıq...

Yaradıcılığından bəndəniz bəhs edəcək, şəxsi və milli-mental keyfiyyətləri haqdasabu təpədən-dırnağa özəl-özgürlüklər daşıyıcısı”nın ömür-gün yoldaşı Xalidə xanım.  

 

Elə mənim sözüm də...

 

onun ailə üzvləri və yaxınlarının “hekayət”lərindən ayaq alır; “etalon ata”, “əsil kişi”, (sürətlə dəyişib-qruplaşan cəmiyyətlər arasında özünü qoruyub-saxlaya bilən) “ən köhnə kişi” və s.

Bu təyinlərin “ratifikasiya”sı üçün bircə sözün belə artıq işlənmədiyi, ağır-uğur dialoq tərəf-müqabillərindən hər birininbir batman balla yeyə bilmədiyi” kəlmələrin qaynadığı “Axrıncı aşırım” filmini göz-qulaq qulluğuna çəkmək kifayət! Məsələn, bir neçə kərə “Ay ev yiyəsi!” çağrısından sonraKimi istəyirsiz” sualına “Evin kişisini çağırarlar!” cavabı, Kərbəlayinin (neçə-neçə var-dövlət löyünlərini “...verdim” deyə sadaladıqdan sonra): “Sabah da gəlib deyəcəklər ki, namusunu da ver!” üsyanı, sovet hökumətilə ilgili: Qorxurlar yox e, üyüdürlər!” sarkazmı (Hələ əsər variantında xaricə qaçmağa məcbur olan bir qan düşməninin ona etibar etdiyi hamilə gəlini göz bəbəyi kimi qoruyub, “-nə doğdu?”, “-oğlan!”, “-vayh, düşmənimin biri də artdı!” kimi epizodlar) və s.

bu yazımın bir qədər aşağısında toxunacağım mətləblərə nisbətdə “rəsmi” hissənin birnəfəsə təqdimi.

Bu ünlü ədib və böyük vətəndaş ibtidai təhsilini dədə-baba yurdunda almış, orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirmiş, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib, Moskva Kinematoqrafiya İnstitutunun (ssenari) məzunu, 1968-ci ildən Yazıçılar Birliyinin üzvü olmuş, Azərbaycan Teleradiosunda tərcüməçi, baş redaktor, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, Şüvəlan “Yaradıcılıq evinin direktoru işləmiş, “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Təbriz namusu”, “Qarlı aşırım” (bu əsəri əsasında “Axırıncı aşırım” filmi çəkilib), “Qoca qartalın ölümü” və başqa maraqlı əsərlər yazmışdır.

Bunlar tək elə qələmlə yazılmışdımı? Yox, bu əsərlər fiziki zəhmətlə bərabər, həm də kənardan edilən leqal, qeyri-leqal müdaxilələr “hesabına” mənəvi-məşəqqəti ələmlərlə yaradılmışdı!

Həyatıyla yaxından tanış olduqca, ədəbiyyata iki səhifəlik (“41 nömrəli ayaqqabı”) hekayə ilə gəlmiş bu görkəmli yazıçını, bu dünyanı, göz açdığı ilin (1937!) zindananə yüküylə addımladığı qənaətinə gəlirsən. Belə bir yük altdatarixi yaddaş”ın korşalmamasına, Azərbaycanın tarixi həqiqətlərini aça-aça, bu qədər ədəbi-bədii donlu qəhrəmanlıq səhifələri yaza bilməsinə isə heyran qalmaya bilmirsən. Elə bir dövrdə, fəsil-fəsil (filmlərində kadr-kadr) sevdirdiyi birvraqnarodun dilindən “Ə, nə hökumət, hansı hökumət?! Mən belə hökumət tanımıram!” demək asanmı idi?!.

 

Sağlığında...

 

millətçi düşüncəsi (vaxt ötdükcə, irsi) kifayət qədər “döyülmüşbu yazıçı tənqid və mətbu səhifələrdə kifayət qədər də öyülüb. Sağlam, ədalətli araşdırmaçılar, sovetlər hakimiyyətinin cağ çağlarında yazılmış “Qarlı aşırım”da türk ordusuna açıq-aşkar ifadə edilən rəğbət və s. nüanslara görə, F.Kərimzadə yaradıcılığını 80-ci illərin sonlarında başlayan (və bütün dünyaya səs salan) milli-azadlıq hərəkatımızın bədii-mənəvi bazislərindən sayırlar. “O, içindəki göynərtisi, iztirabı, başı üstündəki tüstü-dumanıyla sanki Ağrı dağıydı...”, “Fərmanın da qəlbi, Azərbaycan sevdalısı Xudu Məmmədov kimi, milli dərd-ələm ağırlıqlarına dayana bilmədi; 1989-da gözlərini əbədi yumdu...”...

İki siyasi quruluşunçarizmsovetizmin aşırı anti-etnogenizm duallığına neçə-neçə sətiraltı səhifə və fəsillər ayırdığı “Qarlı aşırım”ından sonra, gözdənsalınma kompaniyasına salınmış bu ədib 10 ildən bir qədər atıq “susub”. Ancaq, sən demə, bu susqunluqçölüçünmüş. Evindəkilərin xatirələrinə görə, o, gecə-gündüz mütaliə edir, “siyasi qaranlıqlara gömülmüş materialların ən yaralı məqamlarını “ev üçün-ailə üçün” səsləndirir, hamı yatandan sonra işləyirmiş” (qızı). Nəhayət, yeni bir tarixi roman: “Xudafərin körpüsü”. Altı il sonra (1988) 300 səhifə (və 65 min tirajda!) “Çaldıran döyüşü”...

Küllən milli, bənzərsiz xəlqi, bütün mahiyyətilə türksəl bir ömür yaşamış bu yazıçı “dost-yoldaşlıq” yaradıcılığı sarıdan da (“tostlar da öz yerində) seçilib. Özü də tək elə Azərbaycanın yox, böyük türk dünyası areallarınca.

Amma, təbii ki, o dost-yoldaşlar içərisində ömür-gün yoldaşı –

 

Xalidə xanım qədər –

 

yaxından-yaxını, hər an-hər günlüsü, aylar-illərlisi olmayıb:

“Çalışın, mənə onun yaradıcılıq aləmi haqda suallar verin, ailə-evcanlığı barədə yox. “Fərmanlı illərim” sorğunuza dillənsəm, hər nəfəsbaşı hönkürəcəyimlə sizi narahat edə bilərəm...”

Bu xanım niyə hönkür-hönkür ağlamasın ki, “dünyanın düz vaxtlarında” baxıb görürmüş qələm-kağız yorğunluqlarından savayı bir şikayəti olmayan bu kişini Mirzə Xəzərlə radio-söhbətinə görə illər xəstəsinə döndərdilər...

Ermənilərin Abbasqulu bəyin qəbri üstünə qır tökdükləri xəbərini eşidəndə onun uşaq kimi ağladığını görüb.

Bir də görərdik, kimsə qapını döydü və qayıtdı ki, “tələbəyəm, atam deyib, pulun qurtarsa, get Fərman müəllimin yanına...”

Hərdən də eşidirmiş ki; “beynimdə 14 əsərin planı var”. “Məsələn, N.Tusi haqda irihəcmli bir roman yazırdı. Əlyazması da var...”

Sonda da eşidəcəkmiş (və deyəcəkmiş) ki, “ömür-billah başı bir yol da ağrımamış sap-sağlam bu kişinin Tərtərdə beyninə qan sızıb...

Hərdən pəncərədən (“Azərbaycanfilm” kinostudiyası işçiləri binasından) baxırdım ki, hamı dayanıb söhbət edir, deyib-gülür, Fərman yoxdur. Dözə bilmirdim...

Oğluma dedim, evi sat, gedək burdan. Tab gətirə bilmirəm...

Mən oxuduğum Tibb məktəbində Fərmanın kəndçiləri vardı. Tez-tez gələrdi onları görməyə. Qızlar bizi küçədə tanış etdilər. Görürdüm, hər gün məktəbin qabağında dayanıb. Elə bilirdim, rəfiqəm Gülçöhrəni istəyir. Bir dəfə mənə məktub verdi, aparıb dedim Fərman sənə məktub göndərib. Məktubu açıb görək, ?!.

Mən bədii ədəbiyyatı çox oxuyurdum Fərmanın yazıçı olduğunu biləndə, daha çox sevindim.

Nəysə, qardaşı, əmisi oğlanları yığışıb məni qaçırdılar İmişliyə. Atası dedi, məktəbdə oxuyan qızı qaçırıbsan, səni tutacaqlar. Amma sonra qayınatam özü gəlib bizi apardı evlərinə. Fərmanın 21, mənim 19 yaşım vardı. Toydan sonra şəhərə qayıdıb, tələbəliyimizi davam etdirdik.

“Qarlı aşırım” romanı Fərmana çox böyük şöhrət və təbii ki, pul gətirdi. Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl almışdı. Getdik Moskvadan mer-mebel, uşaqlara pal-paltar aldıq. Özünə birJiquli” də aldı. Film çəkiləndən sonra – 1973-də bizə kinostudiyanın binasından beşotaqlı ev də verdilər. Həmin vaxt Şahmar Ələkbərovun iki qızı vardı, bölgüdə erməni ilə eyni kommunal mənzilə düşmüşdü.

Fərman rəhmətlik Adil İsgəndərova dedi, mənim evim dörd otaqlı olsun, əvəzində Şahmara ayrıca ev verin.

Səxavətdə eynilə atası Şıxəli oğlu İsmayıl kişi idi. O kişi kolxozda partkom işləyən qızına deyərmiş həyətə girməmiş ayaqqabılarını çıxar çırp, içindən həyətimizə bir buğda düşər, haramlıq olar...

İndilər də oğlumuz Əziz! Universitetdə oxuyanda əynini həmişə yuxa geyirdi. Ana ürəyim dözmürdü, deyirdim, ay bala, soyuq olar, əynini qalın elə, hər dəfə atasının “dil-üslubunda bir bəhanə gətirərdi. Məsələ ciddiləşəndəsə qayıtdı ki, ay ana, kənddən gələn tələbə yoldaşlarım arasında dərsə pencəklə gələnlər də var, mən bu bahalı paltonu necə geyim gedim?..

Vallah şöhrət, pul, heç biri gözümdə deyildi. Tək istəyim Fərmanın cansağlığı idi.

Amma gör fələk nə saydı... Ovaxtlar hər fürsətdə aşağılandırılan bu millətin iztirablarına görə, axırda ürəyini də partlatdı...”

 

Zənnimcə...

 

bu bir dəftər vərəqilik xatirə hesabına, ədəbi əsərlərilə öz yaradıcılıq portretini yaratmış görkəmli yazıçımızın həyat tablosu da yaradılmış oldu...

Belə...

Yəni belə ki, vəfatından otuz il keçən bu milli qanlı sənətkardan sonra tariximizi böyük istedad-ustalıqla ədəbiləşdirib-bədiiləşdirən əsərlər yaranırmı?

Söhbət qalan kitablardan gedir ha, qalın kitablardan yox...

 

Tahir ABBASL

 

Mədəniyyət.- 2019.- 13 mart.- S.6.