Almaniya qəzetləri heykəltəraş soydaşımız haqqında

 

 

 

Xəbər verdiyimiz kimi, Almaniyada yaşayan heykəltəraş soydaşımız İlqar Şeydayevin Baden-Baden şəhərindəki Deqlov incəsənət qalereyasında (Deglow Art Galerie) sərgisi təşkil edilib. Sərgi yerli sənətsevərlər və kütləvi informasiya vasitələri tərəfindən maraqla qarşılanıb.

Badische Tagblatt” və “Baden-Baden aktuell” qəzetlərində sərgi haqqında məqalələr dərc olunub.

Məqalələrdə vurğulanır ki, gənc heykəltəraş əsərlərində karton və gipsdən istifadə edərək Nikola Tesla, Frans List, BethovenEynşteyn kimi dahi şəxsiyyətlərin realistik büstlərini hazırlayıb. Yazılarda heykəltəraşın digər əsərləri haqqında məlumat verilir, İ.Şeydayevin məşhur “Violonçelli xanım” heykəlinin sərginin açılışında nümayiş olunduğu bildirilir.

Qeyd edək ki, İlqar Şeydayevin Deqlov incəsənət qalereyasında sərgisi aprelin 6-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 13 mart.- S.8.