Florensiyada ölkəmizin mədəni irsindən söhbət açılıb

 

 

 

İtaliyanın Romualdo Del Bianco Fondunun təşkilatçılığı ilə Florensiya şəhərində keçirilən “Həyat sülhün qurucusu kimi - 2019” adlı beynəlxalq simpoziumda Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) rektoru İlham Mədətov da iştirak edib.

Tədbir “Mədəni irs”, “Destinasiya menecmenti”, “Şəhər və ərazilərin idarə olunması” mövzularında mütəxəssislər səviyyəsində müzakirə, məlumat və faydalı təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

ATMU-dan bildirilib ki, tədbirdə rektor İlham Mədətov “Azərbaycan Respublikasında mədəni irs: mövcud vəziyyət və yeni imkanlarmövzusunda məruzə-təqdimatla çıxış edib.

Səfər çərçivəsində İ.Mədətov İtaliyada fəaliyyət göstərən bir sıra təşkilat və təhsil müəssisələrinin nümayəndələri ilə görüşüb. Görüşlərdə mədəni irslə bağlı beynəlxalq tədbirlər, təhsil və mədəni irs bağlılığının elmi əsaslarla əlaqələndirilməsi zamanın tələblərindən biri kimi dəyərləndirilib.

 

Mədəniyyət.- 2019.- 13 mart.- S.4.